Təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilir

   Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq, bir sıra təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilmişdir.

  Cari ilin iyul ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 17 ədəd sosial lövhə və Narkotiklər Haqqında həqiqəti bilin, Marixuana haqqında həqiqət, Psixotrop maddələr haqqında həqiqət adlı 1200 ədəd zəruri təbliğat materialları Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim olunmuşdur.

  Təqdim edilmiş sosial lövhələrin  Bakı şəhəri üzrə fəaliyyət göstərən 17 ümumitəhsil məktəbində quraşdırlması təşkil edilmişdir.




Baxılıb: 1072