Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinin icrası ilə əlaqədar həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupu birgə təşkilatşılığı ilə aidiyyəti qurumları cəlb etməklə cari ilin 10,11 və 12 avqust tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “N” saylı hərbi hissə və birləşmələrində seminar və görüşlər keçirilib.
Tədbirlərdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin müavini Aydın Əyyubov, Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydinov, sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktor müavini İlham Məmmədov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahlar Zeynalov və DİN-nin Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Laçın Paşayev iştirak edərək antinarkotik təbliğat istiqamətində çıxışlar etmişlər.
Eyni zamanda tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təmin edilmişdir.