Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zərərləri barədə maarifləndirmə tədbirləri keçirilib

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası istiqamətində sentyabrın 28-də Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunub.

   Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar ediblər.

   Çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.




Baxılıb: 780