Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin zərərləri barədə məlumatlandırılıblar

    Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2021-ci ilə dair təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, oktyabrın 1-də 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qadınlar arasında profilaktik tədbir keçirilib.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli QHT Forumunun  nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotik vasitələrin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması haqqında məlumat verib, tövsiyələrini bildiriblər.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları iştirakçılar arasında paylanılıb.




Baxılıb: 941