Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tədbir keçirilib

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2021-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, oktyabrın 1-də yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli görüş keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Milli QHT Forumunun nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları iştirakçılar arasında paylanılıb.




Baxılıb: 985