Xətai rayonunda narkomanlıq probleminə dair treniq keçirilmişdir.

    Oktyabrın 8-də Xətai rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə cari ildə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

    Bundan əlavə tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış edərək, narkotik vasitələrin insan orqaniziminə təsiri və narkomaniyanın doğurduğu faicələr barə ətraflı məlumat verərək öz tövsiyələrini bildirmişlər.

    Treninqdə iştirak edən iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar verilmişdir.




Baxılıb: 839