Binəqədi rayonunda narkomanlıq probleminə dair treniq keçirilmişdir.

Oktyabr ayının 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu  ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə cari ildə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Binəqədi rayonunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

Bunundan əlavə olaraq, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmış və onlara zəruri təbliğat materialları  paylanılmışdır.    

Treninqdə iştirak edən iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar verilmişdir.




Baxılıb: 808