Növbəti narkomanlıq probleminə dair treninq Sabunçu rayonunda keçirilmişdir.

Cari ilin oktyabr ayının 26-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Sabunçu rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və  məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edərək təqdimat əsasında  bölmlər üzrə narkotik  asıllığın yaranma səbəbləri,narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və  fənn müəlliminin,psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi  və digər məsələr barədə  geniş məlumatlar verilmişlər.

Treninqdə iştirak edən iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri təbliğat materialları verilmişdir.




Baxılıb: 807