Səbail rayonunda narkomanlıq probleminə dair növbəti treniq keçirilmişdir.

   Cari ilin noyabr ayının 12-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Səbail  rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və  məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak edərək təqdimat əsasında narkotik  asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və  fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi  və digər məsələr barədə  geniş məlumatlar verilmişdir.

   Treninqdə iştirak edən iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və  “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün Metodik tövsiyələr” adlı kitabça, Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları verilmişdir.




Baxılıb: 597