Qaradağ rayonunda növbəti maarifləndirmə tədbiri təşkil edilmişdir.

Carı ilin 14 dekabr tarixində  Qaradağ rayonun 7 saylı Bakı  Peşə Liseyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, rayon polis şöbəsinin və prokurorluğun nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

Çıxışlarda narkomaniyanın doğurduğu faciələr və narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

Bundan əlavə olaraq, şagirdlərin əl işində hazırlanmış narkotiklərin insan orqanizminə zərərlərini   əks etdirən rəsm-sərgisinə baxış keçirilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

 




Baxılıb: 966