Sosial-İqtisadi Kollecdə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 15 dekabr tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

   Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 993