Quba rayonunda narkomanlığa qarşı maarifləndirmə xarakterli tədbir və treninq keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 17 dekabr tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və  Quba rayon icra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Quba Tibb  Kollecində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir və "Psixoaktiv maddələrdən istifadənin risk amilləri" adlı treninq keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 850