Carı ilin 24 dekabr tarixində “Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində” Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Şirvan şəhər İcra Hakimiyyəti, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə, Şirvan şəhər İcra Hakimiyyəti başçısının aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun, o cümlədən şəhər təhsil şöbəsinin, gənclər və idman idarəsinin, həkim narkoluq və polis şöbəsinin nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.