Şirvan şəhərində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilmişdir.

  Carı ilin 24 dekabr tarixində “Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində” Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Şirvan şəhər İcra Hakimiyyəti, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə, Şirvan şəhər İcra Hakimiyyəti  başçısının aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun, o cümlədən şəhər təhsil şöbəsinin, gənclər və idman idarəsinin, həkim narkoluq və polis şöbəsinin  nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri  maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 986