“Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

   Cari ilin 31 yanvar tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Binəqədi rayon İcra Hakimiyyətinin, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

   Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və digər ictimai fəallar mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.




Baxılıb: 1377