Xəzər rayonunda tədbir keçirilmişdir.

   Carı ilin 18 fevral tarixində Xəzər rayonun 119 saylı tam orta məktəbində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Xəzər rayonun Gənclər və İdman idarəsi və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

  Əvvəlcə, məktəbin foesində şagirdlərin əl işləri ilə  hazırlanmış narkomaniyanın insan sağlamlığına törətdikləri fəsadları əks etdirən rəsm sərgisinə baxış keçirilmişdir.

 Tədbirdə, Dövlət Komissiyasın İşçi Qrupunun, DİN-Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin, Gənclər və İdman idarəsinin, Bakı şəhər Narkoloji Mərkəzin həkim narkoluqu və digər nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Daha sonra şagirdiləri  maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 876