Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş keçirilmişdir

   Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərliyi arasında görüş keçirilmişdir.

  Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Əlizadənin və Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyevin iştirak etdiyi görüşdə regionlarda gənclər üçün təşkil edilməsi nəzərdə tutulan tədbirlərin fəaliyyət istiqamətləri geniş müzakirə edilmişdir.

  Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən interaktiv formatda təlimlərin keçirilməsi və qeyd olunan təşkilati tədbirlərin sistemli şəkildə həyata keçirilməsi üçün 2022-ci ilə dair birgə Tədbirlər Planının hazırlanması istiqamətində fikir mübadiləsi aparılmışdır.




Baxılıb: 909