Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda tədbir keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 01 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir. Tədbirdə tələbələrlə yanaşı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay rayonu üzrə nümayəndəliyinin əməkdaşlarıda iştirak etmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 781