“Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda növbəti tədbir Masallı Dövlət Regional Kollecində təşkil olunub.

Cari ilin 09 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecində “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun və Səhiyyə Nazirliyinin əməkdaşları mövzu ətrafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 857