Lənkəran şəhərində “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  carı ilin 10 mart tarixində Lənkəran Dövlət Universitetinin nəznində Sosial və Aqrar-Texnolojı Kollecdə “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə tələbələrlə yanaşı kollecin müəllim heyyəti iştirak etmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun və Səhiyyə Nazirliyinin əməkdaşları mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 886