Cari ilin martın 10-da Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar Kollecində "Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək" mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri mövzu ətrafında çıxış edərək, iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.