3 saylı Bakı “ASAN xidmət” Mərkəzində təlim keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri arasında “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib.

   Təlimdə könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib,iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.




Baxılıb: 1098