Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirmə xarakterli tədbir keçirilib

   Tədbirdə İşçi Qrupunun əməkdaşlarının hazırladığı xüsusi təqdimat əsasında tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat verilib.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.




Baxılıb: 893