Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Ağsu rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq carı ilin 14 aprel  tarixində Ağsu rayon 4 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün maarifləndirmə xarakterli tədbir təşkil etmişdir.

 Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

 Tədbirdə narkotiklərin  və psixoaktiv maddələrin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar,  narkotik maddələrdən istifadənin risk amilləri, narkomanlığa qarşı mübarizə tədbirləri barədə geniş məlumat verilib.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.




Baxılıb: 971