Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edilmişdir.

    Qax rayonu Peşə Liseyində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

    Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

   Çıxışlarda narkomaniyanın doğurduğu faciələr və narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 787