"Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

 Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək” mövzusunda  maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Sektor Müdiri, Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi, Zəngilan rayon 33№li  və 29№li tam orta məktəblərin şagirdləri, müəllimləri, 29№li tam orta məktəbin psixoloqu, həmin məktəbin Uşaq İctimai Birliyinin sədri və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.

  Dövlət Komissiyasının Sektor Müdiri çıxış edərək narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir. Daha sonra digər natiklər də mövzu ətrafında çıxış ediblər.

  Sonda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de”  videoçarx nümayiş olunub və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.




Baxılıb: 1136