Ucar rayonunda maarifləndirici tədbirlər keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində carı ilin 18 may tarixində Ucar rayonunda tədbirlər keçirilib.  

   Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə rayon üzrə komissiyanın üzvləri ilə  görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

 Bundan əlavə, rayon komissiyasının sədri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun təhsil şöbəsinin nümayəndələrinin iştiraki ilə narkomanlıq probleminə dair maarifləndirmə xarakterli tədbir keçirilib və narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə iştirakçılara zəruri məlumatlar verilmişdir.

 Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı əyani vəsaitlər və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik Tövsiyələr” adlı kitabça təqdim edilmişdir.




Baxılıb: 534