Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-aprel aylarının yekununa dair məlumat

   Сari ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3961 cinayət faktı aşkarlanmışdır. Onlardan 1438-i narkotik vasitələrin qanunsuz satışı, 2449-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 40-ı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 34-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton     492 kq 318,738 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 221 kq 912,132 qr-nıheroin, 608 kq 660,958 qr-nı marixuana, 155 kq 614,521 qr-nı tiryək, 5 kq 047,191 qr-nı həşiş, 198,940 qr-nı kokain, 496 kq 577,179 qr-nı psixotrop maddələr, 4 kq 860,817 qr-nı, isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 16747 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

    Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2353 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 36 nəfəri xarici ölkə vətəndaşıdır.

   Onların 17-si İran İslam Respublikası, 9-u Rusiya Federasiyası, 6-sı Türkiyə, 3-ü Gürcüstan,1-Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 717,042 müxtəlif növ narkotik vasitə, 325 kq 863,92 qr  psixotrop maddələr  və 1,125 qr güclü təsir edən maddə götürülmüşdür.

   Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 69 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 829 kq 399,122 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 331 kq 750,628 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.

     2022-ci ilin ötən 4 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 492 kq 318,738 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 78 milyon AZNkimi qiymətləndirilir.

    Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 25632 nəfər istiqamətləndirilmişdir.

    Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1095 nəfərindən 793-nün  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

   Hesabat dövründə 802” qaynar xətt telefon zəng xidmətinə 671 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 75-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 269-u narkotik asılılıqdan müalicə, 327-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara    347 məktub ünvanlanmışdır.

    802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 748