26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- SMS bildirişlərin ölkə üzrə fəaliyyət göstərən bütün mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
- May ayının 14-də saat 11:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Həyatla Oyun” tamaşasının “Açıq qapı” günü elan etməklə ali, orta ixtisas tələbələri və o cümlədən ictimaiyyət nümayəndələri və könüllüləri üçün canlı ifada nümayiş olunması;
- Gənclərin İnkişaf və Kariyera Mərkəzinin nümayəndəliklərində tədbirlərin keçirilməsi;
- Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminarların və ictimai mühazirələrin təşkil edilməsi;
- “Narkomanlığa birlikdə yox deyək” şüarının Bakı şəhəri üzrə elektron informasiya terminallarında və avtobuslarda mövcud olan monitorlarda nümayiş olunması;
- Narkomanlığln zərəri barədə sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında nümayiş etdirilməsi;
- Şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etmək ilə tədbirlərin keçirilməsi.