Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair yeni sosial lövhələr yerləşdirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd yeni dizayn ilə tərtib edilmiş sosial lövhə «Nəriman Nərimanov», «Gənclik», «Memar Əcəmi», «Əhmədli», «Həzi Aslanov», «Xalqlar Dostluğu», «Qara Qarayev», «Koroğlu», «İnşaatçılar», «Elmlər Akademiyası», «20 Yanvar» və digər stansiyalarda quraşdırılmış və uzun müddətli nümayişi nəzərdə tutulmuşdur.

 




Baxılıb: 950