Növbəti 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar tədbir Şamaxıda təşkil olundu

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

  Əvvəlcə, rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılımış, qarşıya qoyulmuş vəzifələrin  daha da səmərəli icra olunması üçün lazımi tövsiyələr verilmişdir.

 Tədbirdə, Lerik rayon İcra Hakimiyyəti Başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri iştirak etmişdir. Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Eyni zamanda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim olunub.

    Sonda narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film nümayiş olunub.




Baxılıb: 688