Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlim-metodiki toplantı keçirilib

   Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin psixoloqları üçün keçirilən təlim-metodiki toplantıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri “Psixoaktiv maddələrdən istifadənin risq amilləri” mövzusunda təqdimatla çıxış etmişdir.

   Eyni zamanda, iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim olunub.




Baxılıb: 820