“Açıq qapı” günü elan edilməklə “Həyatla oyun” tamaşası nümayiş etdirilib

  26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” tamaşasının  “Açıq qapı” günü elan etməklə nümayişi təşkil edilib.

  Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

  Tamaşada Yeni Azərbaycan Partiyasının gənc fəalları,  ali, orta ixtisas tələbələri və o cümlədən ictimaiyyət nümayəndələri və könüllüləri iştirak edib.




Baxılıb: 666