26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqədi rayonunda tədbir təşkil olunub

 Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Cünü münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir.  

 Tədbirdən öncə məktəblilərin 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

 Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov və digər aidiyyəti dovlət orqanlarının nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak etmişdir. 

 Çıxışçılar narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Eyni zamanda, iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış“Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim olunub.




Baxılıb: 903