“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

  26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə carı ilin 25 və 26 iyun terixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilib.

  SMS-lər mərhələli qaydada 2 gün ərzində təqribən 5 milyona yaxın abunəçiyə ünvanlanıb.

 




Baxılıb: 959