“Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar carı ilin 20 iyun tarixindən 25 iyun tarixinədək Bakı şəhəri Yasamal və Nəsimi rayonlarında, habelə Respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı silsilə fləşmoblar təşkil olunub.
Fləşmoblar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.