Təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilir

  Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq, bir sıra təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilmişdir.

 Cari ilin iyul ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 19 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim olunmuşdur.

 Təqdim edilmiş sosial lövhələrin  Bakı şəhəri üzrə fəaliyyət göstərən 19 ümumitəhsil məktəbində quraşdırlması təşkil edilmişdir.




Baxılıb: 952