Cari ilin iyul ayı ərzində keçirilən tədbirlər.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə  cari ilin iyul ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış incəsənət nümayəndələrinin, partiya fəallarının  iştirakı ilə “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir- konsert  təşkil edilmiş;
  • YAP Mərkəzi Aparatı, Dövlət Komissiyasının İşçi Qrupu və Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi gəncləri üçün “Milli-mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” adlı tədbir həyata keçirilmiş;
  • Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 4, 10, 11 saylı cəzaçəkmə və Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunmuş;
  • Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilmiş və iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuş;
  • Cari ilin 23 iyul və 28 iyul tarixlərində Gənclər Fondunun Şamaxı rayonunda təşkil etdiyi “Yayfest” gənclər festivalında təşkil olunmuş “Mən öz gələcəyimi seçirəm” adlı təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları ekspert qismində iştirak etmiş;
  • Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.6-cı yarımbəndinin icrası ilə əlaqədar, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfıyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli şəhər və rayonlarda  maarifləndirmə tədbirləri həyata keçirilmiş;
  • Yuxarıda sadalanan şəhər və rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri ilə dəyirmi masa formatında görüşlər keçirilmiş, qanunvericiliyə uyğun olaraq müsadirə edilməklə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda olan narkotik vasitələrin məhvetmə prosesinin təşkili zamanı mövcud qayda və sərəncamda göstərilən tələblərə riayət edilməsi barədə müzakirələr aparılmış, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilmiş;
  •  Üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 19 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə təhsil müəssisələrində quraşdırılmış;
  • Həmçinin, xəbərdaredici məlumatlar əks olunan 18 ədəd sosial lövhə Mühafizə Alayında, konvoy taborunda  və cəzaçəkmə müəssisələrində quraşdırılmış;
  • İyul ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda  hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir. 

    Beləliklə təşkilati tədbirlərdən əlavə cari ilin iyul ayı ərzində respublikanın şəhər və rayonunda və ümumilikdə 26 tədbir, şəhər/rayon komissiyaları ilə 6 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 6 təlim, 11 maarifləndirmə tədbiri, Yayfest” gənclər festivalında təşkil olunmuş 2 təlim, 1 kütləvi-mədəni tədbir- konsert təşkil edilmişdir.




Baxılıb: 657