Ucar rayonu ərazisində 615 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq,  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ucar rayon Məlikballı kəndi ərazisində yerləşən su kanalının kənarında 386 ədəd, ümumi çəkisi 615 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 525