Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində 1114 ədəd, ümumi  çəkisi 848 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 661