“Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmişdir.

   5 sentyabr 2022-ci il tarixində Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən R. Pirnəzərov adına 299 nömrəli tam orta məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmişdir.

  Tədbirdə Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Binəqədi Rayon Polis İdarəsi polis inspektoru, Biləcəri qəsəbəsi 15 saylı Şəhər Poliklinikasının rəhbəri, Rayon İcra Hakimiyyəti yanında Ictimai Şuranın sədri və Şura üzvləri,  “LOQOS” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, məktəb direktorları, psixoloqlar,  müəllimlər və valideynlər iştirak edirdilər.

 Görüşdə respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə görülən tədbirlərdən, narkotik asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.




Baxılıb: 695