Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-avqust aylarının yekununa dair məlumat

  2022-ci ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək  ümumiləşdirilmişdir.    

  Сari ilin  8 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7440 cinayət faktı aşkarlanmışdır. Onlardan 2604-ü narkotik vasitələrin qanunsuz satışı, 4412-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 352-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 72-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş4 ton 410 kq 440,04 qr və32762 həb narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kq 460,352 qr-nı heroin, 1 ton 474 kq 985,454 qr-nı marixuana,251 kq 886,831qr-nı tiryək,27 kq 785,044 qr-nı həşiş,260,95 qr-nı kokain, 32238 həb metadon, 129 kq 282,257 qr-nı digər narkotik vasitələr və639 kq 779,152 qr və 524 ədəd həbpsixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 1 kq 764 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə,79298 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülmüşdür.

 Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə5412 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır.

  Məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından 27-si İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kq 995,565 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd  narkotik tərkibli  çətənə bitkisi götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 182 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 006 kq 186,182 qr və 7952 ədəd kapsul və 2208 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılmışdır.

  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,163 hektar sahədən çəkisi 159 ton 892 kq olan 336284 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

  Qanunsuz dövriyyədən götürülmüş 4 ton 410 kq 440,04 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 775 000 AZN (91 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

  Təhlil göstərir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1477, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 423, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1036, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 24 fakt artmışdır.

  Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 21 kq 464 qr azalmış, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1716 nəfər artmışdır.

  Müvafiq dövr ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 58712 nəfər istiqamətləndirilmişdir.

  Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2063 nəfərindən 1490-nın  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1403 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 168-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 586-ı narkotik asılılıqdan müalicə, 649-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 754 məktub ünvanlanmışdır.

 Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

                     Narkomanlığa və Narkotik Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 1841