Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə tədbir təşkil edilmişdir.

  Oktyabrın 7-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Xəzər rayonun 234 nömrəli tam orta məktəbdə  narkomanlıq probleminə dair şagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və  Bakı şəhər üzrə Təhsil İdarəsinin məsul əməkdaşları çıxış edərək, narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiribarədə zəruri məlumatlar verdi.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.




Baxılıb: 1466