Sabunçu rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir keçirilmişdir.

 Oktyabrın 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Sabunçu rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzi ilə birgə rayonun “Gənclər Mərkəzində” narkomaniya ilə mübarizəyə dair tədbir təşkil edilmişdir.

 Tədbirdə, Sabunçu rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri, Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrə qarşı Mübarizə üzrə Dövlət komissiyasının işçi qrupun məsul  əməkdaşı, dövlət və qeyri-hökumət təşkilatlarından nümayəndələr, media nümayəndələri və gənclər iştirak etmişlər.
  İlk öncə Bakı Gənclə Mərkəzinin sifarişi ilə hazırlanmış “ Bir dəfə” adlı  filmin nümayişi təqdim olunmuşdur. Filmdə narkomaniyanın qurbanına çevrilmiş insanların faciəli həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlər bilavasitə onların öz dilindən səsləndirilib. Təqdimatından sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda tədbirdə cıxış edənlər bildiriblər ki, sağlam həyat uğrunda aparılan mübarizədə ən vacib məsələlərdən biri gənclər arasında maarifləndirmə işinin  gücləndirilməsidir. Zərərli vərdişlərdən uzaq durmağa çağıran çıxışçılar gənclərə öz tövsiyələrini veriblər. Sonda filmin yaradıcı heyətinə təşəkkür olunub və Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tədbir iştirakçıları  arasında paylanılmışdır.




Baxılıb: 1768