Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2022" şərti altında tədbirlər həyata keçirilmişdir.

   "Xaş-xaş 2022" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaş-xaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 1096