Cari ilin noyabr ayı ərzində keçirilən tədbirlər.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin noyabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib;
  • Dövlət Komissiyasının iclasının qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə Yevlax, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Goranboy, Daşkəsən, Tovuz və Ağstafa şəhər/rayonlarda fəaliyyət göstərən komissiya üzvləri ilə görüş təşkil olunmuş;
  • Gənclər Fondu ilə imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Goranboy, Daşkəsən, Tovuz və Ağstafa nümayəndəliklərində təlim keçirilmiş;
  • Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə Kooperasiya Universitetində, Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 9 saylı tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilmiş;
  • Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil edilmiş;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Qaradağ və Yasamal rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib;
  • Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi və “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinın təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətləri layihəsi çərçivəsində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmiş;
  • “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi İşçi Qrupu ilə birlikdə  Azərbaycan Tibb Universitetidə və 2 saylı Tibb Kollecində “Narkomaniya və zərərli vərdişlərə qarşı müzarizəyə”  mövzusundatədbir təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən noyabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

   Beləliklə,cari ilin noyabr ayı ərzində ümumilikdə 29 tədbir, 6 maarifləndirmə tədbiri, şəhər/rayon komissiyaları ilə  10 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 10 təlim, 2 ümumtəhsil məktəblərinin psixoloqları üçün treninq və 1 mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 1125