Carı ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xəttinə 2009 müraciət daxil olub

 Cari ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt  telefon  zəng  xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.

 Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfərnarkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

 Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti daha çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.

 Bundan əlavə “802” qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyən edilmişdir ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə, o cümlədən metro stansiyalarında və digər ictimai yerlərdə mütəmadi olaraq yayımlanan video çarxlardan və sosial lövhələrdən əldə edilmişdir.




Baxılıb: 696