“Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Salyanda tədbir keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon 2 saylı məktəbin akt zalında ““Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayon ictimaiyyət nümayəndələri, Ağsaqqlar Şurasının üzvləri, rayon fəalları, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

  320 nəfərdən artıq şəxsin toplaşdığı tədbirdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, gənclərin asudə vaxtın səmərəli təşkil olunması məsələsinə toxunulmuş, o cümlədən iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.




Baxılıb: 1000