Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil edildi.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin akt zalında “Gələcəyimi mən özüm seçirəm” adlı maarifləndirici tədbir keçirilib.

 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı, rayon komissiyasının üzvləri, rayon ictimaiyyət nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

 Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.




Baxılıb: 690