“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası hazırlanmışdır.

  Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.30-cu yarımbəndinin icrası məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı olmaqla yanaşı həm də müvafiq sahə üzrə tanınmış və geniş izləyici kütləsi olan videobloger Nail Kəmərli tərəfindən “Həyat deyəsən davam edir” adlı çoxseriyalı filmin ilk seriyası hazırlanmışdır.

 Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən və real həyat hadisələrini özündə əks etdirən filmin daha da təsirli və effektiv olması üçün iştirak edən aktyorların yalnız biri peşəkar olmaqla digərləri keçmiş narkotik istifadəçiləri, reabilitasiya kursu keçmiş və narkotiklərdən imtina etmiş şəxslər, eləcə də narkotik asılılıqdan əziyyət çəkən ailələrin üzvləridir. Eyni zamanda filmin sosial şəbəkələr üzərindən yayımlanması nəzərdə tutulur.




Baxılıb: 914